Varlığa nə darlıq
Vaşinqton zooparkında nümayiş etdirmək üçünAmerikaya Çindən nəsli kəsilməkdə olan ağ ayılar gətirilib.İlinə bir milyon dollar haqq verilir
Yeri-göyü meşələr, qayalıq, kaha,Qalxır, yumalaşır, atılır, düşür.Qiyməti milyon qat özündən baha,İnsanlar ayıya baxır, gülüşür.
Varlığa nə darlıq, güclüdür ölkə,Onu düşündürmür pul ağırlığı.Onun marağına düz gəlsə, bəlkə,Filə qızıl verər fil ağırlığı.
O elə güclüdür, haranı desə,O yeri qazantək qaynada bilər.Hansı bir ölkəni meyli istəsə,Elə bu ayı tək oynada bilər.
Başında tufanlar, şimşəklər çaxıb,Millət var – qazancı yumruq, təpikdir.Ayının qiyməti, gör, hara qalxıb,İnsan var qiyməti iki qəpikdir.
2001, iyul Vaşinqton
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-varliga-ne-darliq
Use ← → keys to move, R for a random poem
More by this author
Alnında qırış yox, qəlbində qış yox,Dünya nə vecinə dəli gəncliyin.
Azadlıq.Gözümü açandan başımın üstə,Qadağa görmüşəm, qapaz görmüşəm.
Görə bilirsənsəVarlığa yox demə, yoxda varı gör,Çeşmə var, çəmən var, gül var, çiçək var.
Oğul böyükdürsə, yük də böyükdüQışın oğlan çağı gəldim dünyaya,Anamın gözünün ilki mən oldum.
Poems by other poets
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.