Vaxtıdı
Baharçağı Borçalıya gəlmişəm,Ömrün-günün köhlən yoran vaxtıdı.Dilə gəlib bulaqların başında,Telli sazın qızqaytaran vaxtıdı.
Yaylaq yeri çiçək açıb, xallanıb,Həyat yenə şəkərlənib, ballanıb.Ağ şəlalə qayalardan sallanıb,Sel gücünün dağlar yaran vaxtıdı.
Yaz fəslidi, yaz günüdü, yaz anı,Dağ səsləyir yaradanı, yazanı.Bircə yerdə görmədim ki, xəzanı,Deyəm köçün, daha aran vaxtıdı.
1975, 16 may
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-vaxtidi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Qarabağ
Sinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
GəlinEy süzgün gözləri səhər yıldızı,Pərişan telləri yasəmən gəlin!
Ağ gül, qırmızı gül, illah sarı gülYarın bağçasında üç gül açılıb,Ağ gül, qırmızı gül, illah sarı gül.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,