Yalan şeydi əbədiyyət
Bir tərəfi sel uçurur,bir tərəfi yel dağıdır,İnsanlığın üzü gülməz,tufan adlı zülüm varsa.
Yazda açan çiçəklərəqəmli payız qənim olar,Bağban yüz də can çürütsün,solacaqdır, gülüm varsa.
Hər aşın bir ağısı var,hər canın bir yağısı var,Nə çəkib qarğadan çəkib,qan ağlar bülbülüm varsa.
Ölməzlik boş təsəllidi,kimsə atıb ortalığa,Yalan şeydi əbədiyyət,insan üçün ölüm varsa.
2005, 22 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yalan-seydi-ebediyyet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
Gələcəyin toy-bayramıBu gün-sabah al geyəcək təbiətin ilk baharı.Yenə qönçə tutacaqdır könüllərin arzuları.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Məgər divanədir üşşaq, eşqi-yardən, keçsinMəgər divanədir üşşaq, eşqi-yardən, keçsin,Həvayi-vəslü sevdayi-ruxi-dildardən keçsin?!