Qəlbimin, ruhumun aynasındasan,Bağrımın başıtək yaxınsan mənə.Nur səndə, qaş səndə, üzük məndədi,Üzüyün qaşıtək yaxınsan mənə.

Ömrün ağrısı mən, acısı sənsən,Dərdin qardaşı mən, bacısı sənsən.Gözümdən tökülən acı su sənsən,Gözümün yaşıtək yaxınsan mənə.

Sevgimsən, yaşayır hər bəla səndə,Ər dözüm məndədi, kür bəla səndə.Baş məndə, başkəsən Kərbəla səndə,Başımın daşıtək yaxınsan mənə.

2004, noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets