Yay təcnisi
Bahar fəsli bir fürsətdi insana,Çiçəyə dön, öz ətrini yaxşı yay.Toxum sağlam, səpin halal olandaDolu sünbül yetişməzmi, yaxşı yay.
Söz köhləndi, çap cıdırda, min, dolan,Min boşalsa tükənməzdi min dolan.Yaxşı sözün dön başına, min dolan,Sarıyağtək öz canına yaxşı yay.
Günəş nuru necə yayır, yay elə,Ay Zəlimxan, qışı döndər yay elə.Döyüş vaxtı qollarını yay elə,Yaxşı oxu, yaxşı axtar, yaxşı yay.
2009
Şah taxtını qul baxtına döndərər,Haram şöhrət, haram dövlət, bir də mal.Bir şəhərdə yeddi saray yapınca,Get bir kəndin qulağında bir dam al.
Hünərin var, haqq işinə qarış, di,Ömrümüzün boyu bircə qarışdı.İnsan bəxti neçə rəngə qarışdı,Bir dəm yaşıl, bir dəm qara, bir dəm al.
Haqdan başqa varsa ayrı ocaq, dan,Qoy alışsın ocaq axşam, ocaq dan.Dar komada isindiyin ocaqdanBir əl qızdır, bir ləzzət çək, bir dəm al.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-yay-tecnisi
Use ← → keys to move, R for a random poem
More by this author
Dilini öyrəndim bütün dillərin,Günlərin, ayların dilini bildim.
Nahaq endik o dağların başındanNahaq endik o dağların başından,Gərək orda qal oğlu qal olaydıq.
Gəl gedəkDünya duracaq yer deyil,Ey can, səfər eylə.
Təki gələn mələk olsunİldə bir də çıxmaq olar,bir fəsildə beş dəfə də.
Poems by other poets
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
O baxışlarO hərarətlə sevdiyim gözünüYenə üç-dörd gün oldu görməyəli.