Yenə şər qarışdı, gün axşam oldu,Necə tez gödəldi ömrü günlərin.Günəşdən doymamış gün tamam oldu,Nə yaman qətiymiş əmri günlərin.

Amanı qırılmış zamana bir bax,Saniyə gözləmir, saat gözləmir.Dayanmaq olarmı, neyləsin səbir,Biz necə gözləyək, həyat gözləmir.

Körpə uşaq kimi doğulan səhərTəzəcə gözünü açmamışdımı?Yayıb öz nurunu günəş birtəhər,Yenicə dünyaya saçmamışdımı?

Ürək hey yaşamaq həyəcanında,Bir gün yasdadırsa, beş gün toydadır.Ömür təpədirsə, onun yanındaArzu bir əlçatmaz zirvə boydadır!

1978, 26 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets