Yüz harayla əldən çıxan gəncliyi,O vaxt dönməz, o ərəfə yetişməz.Min tərəfə fikrin gedər, qayıdar,Əli gedib bir tərəfə yetişməz.

Cavanların tayı-tuşu cavanlıq,Şirin ömrün şax duruşu cavanlıq,Başımızın şahlıq quşu cavanlıq,Ömür bir də o tərəfə yetişməz.

Keçər gecə, yavaş-yavaş atar dan,Can üzülər, kəsilərsən tutardan,Uçan durnan ayrılıbsa qatardan,Eşqin gedib səfdən-səfə yetişməz.

Dərdi olan yarasını duzladı,Şaxta vurdu, damar-damar buzladı.Sədəfli saz sızım-sızım sızladı,Əl nə saza, nə sədəfə yetişməz.

Sevgi adlı qibləyə tut üzünü,Nəyin varsa, de, dünyaya sözünü.Ay Zəlimxan, nahaq yorma özünü,Heç bir arzun son hədəfə yetişməz.

2003, 29 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets