Zamana nə var ki, vaxta nə var ki,İstəsə, tökəcək gözlərimizi.İstəsə, göz üstə qaş düzəldəcək,Bu daşı bir zaman quma döndərib,Bu qumdan bir zaman daş düzəldəcək.

Bir də görəcəksən, dönüb geriyə,Kotan düzəldəcək, xış düzəldəcək.Bir də görəcəksən, çıxıb qabağa,Dəmirdən düşünən baş düzəldəcək.

Huşu yerindədi, huşsuz qalmaz o,Yeyər nəsilləri, dişsiz qalmaz o.İşini biləndi, işsiz qalmaz o,Yox yerdən özünə iş düzəldəcək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets