Bir olmur
Dostum, gileylənmə yaddan, yaxından,Əzəldən belədir, hamı bir olmur.Hər kəsin evinin öz qibləsi var,Çırağı bir olmur, şamı bir olmur.
Zaman dövr eləyir hər axşam-səhər,Bir günü bal olur, bir günü zəhər.Birində sevinc var, birində qəhər,Hər günün ləzzəti, tamı bir olmur.
Zəlimxan söyləsin, bil, yavaş-yavaş,Bir yerdə olarmı ayaq ilə baş.Birində nəm hava, birində daş-qaş,Həyatın sarayla damı bir olmur.
1971, 25 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bir-olmur
Use ← → keys to move, R for a random poem