Ziyarətin qəbul olsun, insan oğlu
Bir od axdı ürəyimdən dodağıma,Sətir-sətir sözlər düşdü varağıma.Pıçıltılı bir səs gəldi qulağıma,Ziyarətin qəbul olsun, insan oğlu!
Bu səfərdə şərəf, zəhmət, yorulmaq var,Bir inama min inamla vurulmaq var.Bu səs dedi çalxalanıb durulmaq var,Ziyarətin qəbul olsun, insan oğlu!
Niyyət elə, arzuların seç xasını,Təmiz saxla qəlbin, ruhun aynasını.Duyğuların sil tozunu, aç pasını,Ziyarətin qəbul olsun, insan oğlu!
Məzar-məzar xatırladın ölənləri,Səndən əvvəl bu dünyaya gələnləri.Sən də aşdın Kərəm aşan bələnləri,Ziyarətin qəbul olsun, insan oğlu!
Bu Qars oldu, bu Qağızman, bu Ərdahan,Bu Konyadı – Mövlanası nurlu cahan.Dolmabağça – qızıl tağlı bir asiman,Ziyarətin qəbul olsun, insan oğlu!
Sadiq olub haqdan enib gələn əmrə,Dadaloğlu, Qaracoğlan, Yunus Əmrə.Nurun yağsın neçə qəlbə, neçə ömrə,Ziyarətin qəbul olsun, insan oğlu!
Heyran qaldım bu sevgiyə, bu heyrətə,Dağ baş əyər dağdan ağır məhəbbətə,Sən özün də çevrilərsən ziyarətə,Ziyarətin qəbul olsun, insan oğlu!
Bir qaydadı, baxan görər, gəzən tapar,Eşqin gücü birnəfəsə dağlar çapar.Yoluna göz dikənlərə işıq apar,Ziyarətin qəbul olsun, insan oğlu!
Ömür keçər, bir qırpımdı, bircə andı,Mən bilirəm səni çəkən ruhdu, qandı.Mən ocağam, sənin adın Zəlimxandı,Ziyarətin qəbul olsun, insan oğlu!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ziyaretin-qebul-olsun-insan-oglu
Use ← → keys to move, R for a random poem
More by this author
Sağlığında bir-birinə həsrət qalan, payına zülüm, intizar, ayrılıq*düşən ATA – CAVİD, OĞUL – ƏRTOĞRUL BƏY, ANA –*
Aşıq ƏləsgərəKönlümdə yaşadıb könül varımı,Sazımı eşqinlə çalmışam, ustad.
Alim QasımovaNə cəh-cəhdi başlamısan, yermi qalxır, göymü enir?Hər nəfəsin dünyamızı bəzər, Alim, bəzər, vallah!
Aşıq KamandaraƏkdiyin gülləri, gəzdiyin bağı,Bağban ol, doyunca qoxla, Kamandar.
Poems by other poets
Könül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız