Bimürvət yar məni candan eylədi,Tutubdu dəstində ayaq almasın.Girdim dostun baxçasına seyr etdim,Görmədim bağında ayaq almasın.

Mirzəsisən oxu dərsin haraya,Bayram ayı demək olmaz hər ayə,Şahi-Mərdan, özün yetiş haraya,Düşmən bu günümdə ayaq almasın.

Deyər Aşıq Alı yara bağlıya,Yaxşı təbib gərək yara bağlıya,Bir yar meylin qeyri yara bağlıya,Həftə tamam olsa, aya qalmasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов