Yaranannan bu dünyada,Nə bacarsan az danış,Meyl eyləmə əyriliyəHəmişəlik düz danış,Dalda qalma bir adam olSayılanda az danış,Alimlərə meydan oxuDərdə dərman yüz danış.

Ataların misalıdıBu dünyada beş günlük,Qapılarda yetim qalırYaman dərtdi düşkünük,Elə ki, ölüb gedəndəYas tutanlar üç günlükPaya düşən bu dünyadaBeş arşındı bez, danış.

Çox düşünmə, Aşıq Alı,Qohum da yad kimidi,Əmi-dayı, qardaş-bacıYandıran od kimidi,Hamsı başa qaxınc olubQuruca ad kimidi,Nə olsun ki, ay biçarəİstəyirsən yüz danış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов