İçəcək
Qoca dünya çoxun yola salıbdı,Köçən köçüb, köçməyənlər köçəcək.Qafil, içmə bu gün əcəl şərabın,İçən içib, içməyənlər içəcək.
Necoldu var üçün qanlar tökənlər?Əziz canın al qumaşa bükənlər,Unutmasın şərmü-xəta əkənlər,Biçən biçib, biçməyənlər biçəcək.
Yazıq Alı, nə tez düşdün həvəsdən,Sərraf olan seçər qızılı misdən,Arif olan kəslər, yaxşını pisdənSeçən seçib, seçməyənlər seçəcək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-icecek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
О ты, что живешь вместе с нами, одежду отшельника сбрось,Если ты крепок, иди к любви, все иное ведет вкось.
SevdiyimQədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Yanar canım, oğul, daim sənin nari-fəraqındaYanar canım, oğul, daim sənin nari-fəraqında,Necə pərvanələr hər dəm yanar şemin ayağında.
Sən utanSən utan! Bəllidir riyakarlığın!Fitnədən yoğrulmuş bütün varlığın.