Küllü yaranmışın püştü-pənahıƏvvəl əldə iki dürrü yaratdı.Dür terrədi rövşən etdi aləmi,Beş pəncinən ali-əba yaratdı.

İki nurdu: Məhəmməddi, ƏlidiCəbrayıla yol göstərən vəlidi.Fatimədi iki nura bəllidi,Xudam nurdan on bir imam yaratdı.

İmam Həsən gözəllərin gözüdü,İmam Hüseyin şəfaətçi özüdü.Zeynəlabdin zindan çəkdi düzüdü,Yezidə Müreyyib talan yaratdı.

Məhəmmədbağıra nökər olasan,Cəfərnən Kazıma qonaq qalasan.Qərib İmamrza şahi-XorasanTəqi-Nəqi, ol imamı yaratdı.

Qəlbimin nurudu Həsən Əskəri,Sahib zühr edəcək qiyamnan bəri.Alıyam, çağırram şahi-Heydəri,Adəmnən Həvvanı xakdan yaratdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов