Fələk məni saldı qəm dəryasına,Qəmər atlı yüzə-yüzə qalmışam.Gecələr sübhə tək əfqan eylərəm,Göz yaşımı süzə-süzə qalmışam.

Gəzirəm elləri dili salamlı,Mənə irast düşməz bir xoşkəlamlı.Sinəsi dəftərli, dəsti qələmli,Dərd tükənməz, yaza-yaza qalmışam.

Aşıq Camal deyər xan diyə-diyə,Vücudum saraldı dərd yiyə-yiyə.Məcnun təki «a Leyli» diyə-diyəBu dağları gəzə-gəzə qalmışam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов