Axtarın məni
Siz məni özümdən xəbər almayın,Gördüyün ellərdə axtarın məni.Məqribdən məşriqə gedən yollarda,Çaylarda, sellərdə axtarın məni.
Qadasın aldığım, bəri gəl, bəri,Silinsin könlümün qalmasın səri.Açılanda qızıl gülün lənbəri,Süsən - sünbüllərdə axtarın məni.
Qıpqırmızı olub könlümün sacı,Üstünə yazılıbdı dərdin əlacı.Aç yaxam düyməsin başımın tacı,Bu əsən yellərdə axtarın məni.
Pöhrə verib qızıl gülün toxumu,Gecələr tapmışam sirin yuxumu.Şeyda bülbüllərdən alın qoxumu,O tuti dillərdə axtarın məni.
Hərdən bu dağlarda, hərdən aranda,Hərdən sis dumanda, hərdən boranda,Kimsə yada salıb məni soranda,Laləli çöllərdə axtarın məni.
Eşqin ışığında yazdım yaratdım,Könlümdə bir gözəl daim yaşatdım.Axırda sevdamın gölündə batdım.Gedin o göllərdə axtarın mənı.
Mən Aşıq Heydərəm, gəlmişəm cuşa,Məndən salam olsun dosta – tanışa.Adım yazılanda bir cansız daşa,Mənalı illərdə axtarın məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-heyder-axtarin-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən yazığın qəm doludu sinəsi,Mən bilmirəm, kimə deyim dərdimi?
MənimAğbaba deməsəm dilim lal olar,Çıxarmı yadımdan Ağbabam mənım?
MeydanımaÇoxdan ürəyində tutmuşdun məni,İndi ki gəlmişəm, çıx meydanıma.
Millət qurban desə, siz məni kəsinAldım məktubunu, bil Mahmud ağa,Layiq deyil səni tutam qınağa.
Стихи других поэтов · О природе
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Məhəbbət yaşa baxmırMus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,