Mollalar
Bilmirəm nə istəyir bizdən ruhani mollalar,Miras paltarları geyib, artırır şanı mollalar,Beş şahı pul görəndə, satır imanı mollalar,Talayıb xalqı çapıb, sürür dövranı mollalar.
Harda bir gözəl görür, dostluq qatır, al eləyir,Tellərinə cadu yazır, özünə tez mal eləyir,Səqirlərin var-yoxunu çəkib çalhaçal eləyir,Haraya yönü düşsə, yıxır oranı mollalar.
Hər kimin müşkülü var, mollaya tərəf yol alır,Molla görür nəzir yoxdu, onu məlul yola salır,Sələminə pul götürüb o biçarə bir də gəlir,Toplayıb rüşvət yeyər, eylər tufanı mollalar.
Doğrusu, bu mollalar bu dünyanı qarışdırır,Arpaya ism oxuyub, divarlara yerişdirir,Ocağa nal basdırıb, zinakarlar barışdırır,Yazır kaftar dərisin, bir-birilə görüşdürür,Mən sirr açan deyiləm, qatır hər yanı mollalar.
Küpəyə tilsim düzmək, bilməm nə işdi, camahat,Sərçənin qanm gəzməz, bilməm nə işdi, camahat,Hophop ilə dua yazmaq, bilməm nə işdi, camahat,Nə qədər xalqı soyur, heç olmur qani mollalar,
Bizlərdə bir molla var, sehr edir, əfsanə yazır,Göy göyərçinin qanın tökür qələmdana, yazır,Arvadlara saç gətirdir, eləyir divanə, yazır,Eybin elə yayaram, məni bir tanı, mollalar.
Ağ başlı şeytan mollalar, gərək mənlə düz dolana,Sataşmaya göhərkana, dura üzbəüz dolana,Oturalar məclisimdə, ortalıqda söz dolana,Mənimlə düz dolana, qurtara canı mollalar.
Şəmkirli Aşıq Söyünəm, bilin, taqsır yoxdu məndə,Gərəkdi ki, sataşmasm, molla olan dərdi məndə,Yetmiş beş mollanm başı üyünər bir dəyirmanda,Söylərəm, əməllərin tutsun dünyanı, mollalar!
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-semkirli-mollalar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Reyhan*İki aşıq bir meydanda tapılsa,
Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəriAşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.Dedi:
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşüMənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,
Стихи других поэтов
Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Qayıt, dedimBir bahara əl uzatdım, bir qışaQayıt, dedim, qayıtmadı.
AxşamlarÖlkənizdə varsa sizin bir qərib,Baxın gözlərində nə var axşamlar!