Vurulmuşam camalına,Gəl dərdimi qan, a kəklik.Gəlin kimi ayağına,Sən qoymusan xına, kəklik.

Başın yaşıl, gözün qara,Oxşayırsan nazlı yara,Qaçma bizdən uzaqlaraQal bu yerdə, sona kəklik.

Qış sovuşub yaz gələndə,Qız, gəlinlər gül dərəndə,Onlara gəl qarış sən də,Qaçma məndən yan, a kəklik.

Azad dolan bizim yerdə,Son qoymuşuq qəmə, dərdə,Aşıq Bilal məclislərdəNəğmə desin sana, kəklik.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов