Bilin, bu yerlərdə ədalət yoxdu,Heç bilmirəm, kimə gedim dada mən.Sızıldaşır yaram, təbibim yoxdu,Bayqu kimi eyləyərəm səda mən.

El içində bəxti qara mən oldum,Mansır tək çəkilən dara mən oldum.Dərd əlindən hazar para mən oldum,Səbəb nədi, heç düşmürəm yada mən?

Musanın könlünə düşübdür güman,Pünhan qaldı sözüm, olmadı bəyan.Dadıma çatınca ədalət divan,Tabım yoxdu, alışacam oda mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов