Bir bivəfa yar ucundanYetişdim cana, sultanım.Du çeşmi-xumar ucundanDüşdüm zindana, sultanım.

Üzündə qoşa xalını,Əmim ləblərin balını.Bir də görsəm camalını,Gəlləm imana, sultanım.

Mən olmuşam bəxti qara,Gül meylini verməz xara.Rəhmin gəlsin, yetir yara, –Yazıq Musana sultanım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов