Bağban bar bəsləyib bara yetəndə,Dərəndə meyvəsin eyləməzmi isss...Yar badə dəstində yara yetəndə,Dadanda ləzzətin eyləməzmi isss...Bekar arvad cavan əri qocaldar,Küsər öz bəxtindən ay eylər of-of!

Çalış hər bir işə yara, yetəndə,Dərdə əlac olar yara yetəndə,Həsrət çəkən könül yara yetəndəGörüş zamanında eyləməzmi isss...Bir bədəsil çıxsa yaxşı nəsildən,Görənlər ah çəkib ay eylər of-of!

Elə danış deməsinlər səy sənə,Bir dərdimi yetirmisən səysənə,İnsan qəfil yuxusundan səysənə,Oyanıb yuxudan eyləməzmi isss...Mərd igidin sərəncamı pozulsa,Dost görər yurdunu, ay eylər of-of!

Nəcəf deyər, dost qadanı az alım,İnsafdırmı mən dərdindən azalım.Sən gələndə biz tərəfə, a zalım,Həsrət çəkən könül eyləməzmi isss...Bir səyyad ki, şikarını bulmaya,Boylanar dalınca, ay eylər of-of!!!

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов