İsitmə
Fəryada gətirdin məni sən canə, isitmə!Döndərmə gözüm yaşın ümmana, isitmə!Bu il məni saldın belə nöqsanə isitmə!Qəsb etmək üçün qoymadın heç yanə, isitmə!Axır eylədin xanəmi viranə, isitmə!
Hər dərddən artıq, bəli, qızdırmanı gördüm,Baş ağrısı dürməli qızdırmanı gördüm,Cəndan ilə çəkdi ili qızdırmanı gördüm,Əqilini eylər dəli, qızdırmanı gördüm,Yazıqdı, sən əl vurma heç insanə, isitmə!
Ey vay, günüm zar ola, titrətmə gələndə,Min dərdə bəla car ola, titrətmə gələndə,Dünya başıma dar ola, titrətmə gələndə,Canım yenə pərgar ola, titrətmə gələndə,İncitmə, isitmə məni, amma nə isitmə!
Titrəməvi qızdırma, isitmə-üçü həmrah,Bunlar uzun heç kafirə göstərməsin Allah.Bir körpə görən kimsənə sağ canə çəkər ah,Aciz qalı, candan olur axır ki, o ikrah,Hər kimsə içərsə də dolu peymanə, isitmə.
Bir gün hər üçü gəldi bular Valehə mehman,Dedi sənə iş tovlarıq, aciz qalı loğman.İndi nə verirsən, de görüm, sən bizə ehsan,Bəxş etdi məni ol Şahı - mərdanə isitmə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-valeh-isitme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:
Zoğal əhvalatıAşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.
Bu gələn bir cüt gözəlinBu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.
Стихи других поэтов
Ey canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən