Hacı qulu səndən, ey taci-sərim,Ziyadə-ziyadə xürrəm olubdur!Söz veribdir sizə Qruzenştern,Poçotniklik işi möhkəm olubdur.Dünən güzar etmiş idi bu yana,Çox söhbət eylədi Süleyman xana,Guya bu müjdədən olub divana,Papaq və saqqalı püfnəm olubdur.

Həmişə sizlərdən eylərdi qeybət,Deyərdi, verməzsiz qədrinə qiymət.Hanı onda indi əvvəlki halət?Bir əcaib məddah adəm olubdur!

Bundan əqdəm on put qədri həlviyat,Mir Pəncəyə sizdən olubdur sövqat.Döşüyəndə Hacı qutuya qat-qat,Nisfindən artıcaq, bil, kəm olubdur!

Dedi: “Gərçi etdim onda bu işi,İndi dəyişmişəm belə rəvişi.Mən olmuşam xana ixlaslı kişi,Köhnə niyyətlərim bərhəm olubdur”.

Pənah xan nəslindən dəxi bir adəm,Tövbə etdi, aldatmayam dəmadəm.Haciyi-möhtərəm, ey qibləgahəm,Guya İbrahimi-Ədhəm olubdur!

Bundan belə olsun sizə bəşarət,Hacı olub indi əhli-kəramət.Gərək ola ona hər yerdə hörmət,Cənabi-dövlətdən əkrəm olubdur!

Qruzenşternə sizdən bir namə,Gərəkdir yazıla, yetə əncamə.Yəqindir yetirir işin itmamə,Zəxminə vədəsi mərhəm olubdur!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

“Həqayiq” qəzeti redaktoruna

1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

7 мин
Nikolaiyə

[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!

3 мин
Qeyd

18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.

1 мин
Mirzə Yusif xana

Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!

2 мин

Стихи других поэтов