Dünən şıdırğı yağış yağdı,Sahildəki adamlarınHərəsi qaçdı bir yana.Qabar-qabar olduDənizin sinəsi,Qaldı yana-yana...Buludların isti göz yaşındanmı,Yoxsa qəlbinin təlaşındanmıTutuldu, bulandı dəniz?Qaraldı, bozardı,Fəqət dayandı dəniz.Qabar-qabar yandı dəniz...Təmkinini itirmədi ancaq.Çəkildi buludların karvanı,Çəkildi üfüqə sarı.Şəfəqlər töküldü sulara,Qızıl, sarı...Yenə gəldi insanlar,İkibir, üçbir.Yenə açdı qollarınıDəniz sahil boyu.Axı, dəniz mehribandır,Dəniz təmkinlidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе