Mənə dəftər verin,bir də qələm...Satıcı qız əllərini açıb yanabaşını tərpədir, –yəni bilmirəm,Dükana gələn də yoxdurmütərcim ola bəlkə.Yenə,miladdan qabaqkı danışıq tərziÇatır köməyə...Deyir: – Haralısan?Deyirəm: – Şərqdən gəlmişəm,Mirzə Şəfinin vətənindən.Kitabını oxumusunuz yəqin!– Oxumuşam.Ancaqsən azəriyə oxşamırsan,ay şərqli qonaq...Qız rəfdən bir kitab götürür,baxıram,üstündə bir oğlan şəkli var –uzun çuxalı, şiş papaqlı.Bir dəBehzadın yaratdığıBir Şərq gözəli, –tül yaşmaqlı.Satıcı gülümsəyirşəklə baxaraq.Duyuram,demək istəyir:“Budur Vazehin həmvətəni,ay qonaq...”Mən içimə salıbetiraz təlatümünügülümsəyirəm satıcı qız kimi.– Yox, belə deyil Şərq!Belə deyil, gözəl xanım!Şərqi belə düşünsən, inan,həyatdan yüz il geri qalarsan.Nə az, nə də çox,düz bircə əsr.Yox, belə deyil Şərq!Əsrin keşməkeşləri içindədəyişmiş Şərqin görkəmi də,düşüncəsi də.Onun “əfsanələr aləmi” də,“Min bir gecə”si də.Nə “Baxçasaray fantanı” varnə də Bəhram şahın hərəmxanası.Yox, başqadırBayronun poemalarından öyrəndiyin Şərqinindiki dünyası.Bəlkə bir zaman varmış!Daha yoxdur o aləm!Nə dəvə karvanı var,nə də ulaq üstündə mürgüləyən sarvan.Avropanı axtarsanŞərqdən çox dəvə taparsan.Nə şiş papaq geyirik,nə də vəznəli çuxa.Baxın,mən də sənin kimi geyinmişəm;başım açıq,ayağı dar şalvar,ağ köynək,kraxmallı yaxa.Nə şiş papağım var,nə də vəznəli çuxa.Gözəl xanım!Elə sənin dəyüz il qabaqkı deyil

Düşüncən də, paltarın da.Perlon köynəyin də,Əyninə güc ilə geydiyintopuqdan yuxarı şalvarın da.Yüz il qabaqkı deyil, xanım.Niyə sən gündə bir boy artırkənmən gərək öz yerimdə dayanım?Niyə?Niyə kitabdan öyrənirsənhəyatını bir millətin?!“Əfsanəli,tilsimli,cadulu Şərq...”“Hər addımı macəralarla dolu Şərq”.Yox, belə Şərq olmamış, xanım!Yoxdur indi də!Biz dəvə üstündə keçdik keçən əsrləri,siz at belində.Qərb xaç yürüşü apardı,ərəblər din döyüşü.Hər ikisini lənətlədi zaman.Hər ikisində sönən ocaq oldu,ölən insan.Bir zamansiz də silah götürdünüz,biz də.Bir düşmənə qarşı döyüşdükikimiz də.Sən “Toxucular” marşı oxudun,mən “Mücahid” nəğməsi.Bəli, gözəl xanım,Şərqin öz həqiqəti var,Qərbin öz fəlsəfəsi...Qalileyi oda atdılar Qərbdə.Şərqdə Nəsimini soydulardiri-diri.Bu özünü dərk elədi,dünyanı kəşf edəndə o biri.Qərb qulaq asandaqoca Homerin Odisseyə qoşduğu nəğməsinə,Rüstəm Qaf dağındadizini qoymuşdu Ağ divin sinəsinə...İskəndər Nüşabəylə üz-üzə duran zamanSon hökmü Nizami verdi fəqət.Bəli, gözəl xanım,Bu yer kürəmizdəəfsanə, cadu, tilsimləyaşamamış heç millət,Şərq ilə Qərb arasındakı məsafəniindi dəyişmişkən zaman ölçüsü,Yenə sən,ŞərqiBehzadın şəkillərilə ölçürsən.Gəl mənimlə gedək Şərqə.Özün gör nə aləm varMirzənin elində.Gedək,Nə uçan xalçada,nə dəvə üstündə,nə də at belində.Gedək,iki saatdan sonratəyyarə meydanında düş,qara saçlı, qara gözlüömür yoldaşımla görüş.Nə tül yaşmağı var,nə qara rübəndi.(Çirkinlər gizlənmirkənniyə yaşınsınŞərqin gözəlləri indi!)Yox, o qısqanmaz datutduğum bu “işə”.Axı şərqlilər Otello olmurlar həmişə!Gedək, gözəl xanım,

Sən də Şərqi gəz,mən Qərbi gəzdiyim kimi.Gör necə də böyük olurbuğdayı dərililərin qəlbi.Neçə şəhəri, kəndi gəzyoluna Kaşan xalısı sərsinlər.Günəşi də, dənizi dəixtiyarına versinlər.Çim, yan...Axşam hansı evdə qalsanYa Təbriz çılovu yeyərsən,Ya da Qafqaz kababı.Üstündən bal şərbəti içərsən,ya da Gürcüstan şərabı.Ancaqbizdə bir məsəl var;“İlan vuran ala çatıdan qorxar...”Gedək,nə “Hacı Vilhelm” tək,nə də əfsanə yazan kimi.Gedək dost kimi,həqiqi insan kimi.

Almaniya, Erfurt şəhəri, 1961

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов