Qara dəniz
Qara dəniz, Qara dəniz,Sahilində uzanmışam,Elə bil ki, qürbət eldənUçub gəlmiş qərib quşam.Sağım dəniz, solum qaya,Torpaq üstə dirsəklənibMən baxıramDalğalarda üzən aya...Xəyal məni hara çəkir,Hara, dəniz?Sevgilimə oxşayırsan,Qara saçlı, qarabəniz.Qara dəniz, Qara dəniz,Dalğaların sinəm üstdənZolaq-zolaq yol açdıqca,Ləpələrin pıçıltısıQulağımda dolaşdıqca,Cənub qızı düşür yada.Düşünürəm, bəlkə bu anOnun qulac saçlarıdırSinəm üstdə dalğalanan.Axı sən də sevgilim təkHəm duzlusan, həm də qara.Qara dəniz.Deyirlər ki, qoca HafizQara xalçın bir dildaraİki şəhər bağışladı...Bir şairin hökmünə baxHardan çatır hara, dəniz.Qara dəniz, Qara dəniz,Sən də bizim yer üzününYanağında qara xalsan,Nə olar ki,Sahilinə qonaq gəlmişBu şairdən bəxşiş alsan.Nə kəndim var, nə şəhərim,Nə də eldə bir hünərim,Hafiz kimi ənam verəmBircə xala iki şəhər,Bir ürəkdir, bir də şerBu dünyada varım mənim.Ürəyimi aldı məndənQara gözlü, qara saçlıO qara dildarım mənim.Bəxşiş dedim...Böyüyü var, kiçiyi var.Hər kəs baxıb miknətinəÖz varını bağışlayar.– Sənə şer bağışlaram,Bu da kasıb bir şairinBu dünyada miknətidir.Şer qəlbin atəşidir,Şer ömrün nemətidir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/balas-azeroglu-qara-deniz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
'***1931**BƏYAZ ÇÖLLƏR****
Bir vaxtGələcəyik üz-üzə küçələrin birində,Sənin üzündə qırış, mənim saçlarımda dən.
Ürəfa marşıЛюбой из нас, считай, гусар-интеллигент:Девиз у нас один - не дрейфь, лови момент,
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.