Ağıl - göz
Yerin layları kimi,Göyün qatları kimiFikrim açılır hərdənGöz önümdə qatbaqat.Şeylərin ən kiçiyi –Atom zərrəcikləri,Ən böyüyü - kainat.O da gözlə görünmür,Bu da gözlə görünmür.Belə ötdü əsrlər,Təbiətin verdiyiGöz acizmiş nə qədər...İnsan o kiçikliyi,İnsan o böyüklüyüGörməyə çox can atdı,Özünə göz yaratdı.O, mikroskop yaratdı,O, teleskop yaratdı.Çox ehkamlar dağıldı,Çox qurğular pozuldu.ƏsrimizdəAğıl döndü göz oldu.
Avqust 1963
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-agil-goz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bənim könlüm alan dilbər,Gedər derlər, gedər derlər.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,