Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.Ruzgar yenə tüğyan eləyir dalda, budaqdaToz-torpağı gördük, niyə ruzgar görünməz?Tonqal yanır, atəş görünür, atəşi yaxmış,Əl gizli səbəb, gizli səbəbkar görünməz.

İllər üzərindən yön alıb yol gedirik bizİllər görünür, bəs niyə yollar görünməz.Qəmdən şad olursansa, könül mülkünə sən bax,Güllər açılıb, amma o gülzar görünməz.Bəxtin mənə yar olduğunu çoxları söylər,Bəxtim görünür, bəs niyə dildar görünməz?

Avqust, 1970

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви