Mənim xalam
Mina xalama
Anam öldüsə də, öz taleyimdənKüsmədim,yerində xalam var mənim.
Ona güvənirəm,Sanıram ki, mənArxamda alınmaz qalam var mənim.
Elə ki, darıxdım,Minib maşınaGedirəm Ağdaşa, düz xalamgilə.Yaxşı deyirlər ki, hamı bir yana,Ananın ətiri xaladan gələr.Bu necə ətirdi, bu necə ətir,Ruhum sakit olur, ürəyim aram.O ətri duydumsa əriyir illər,İlkimə qayıdıb uşaq oluram.Bu necə ətirdi, oyanır mənimKönlümdə ən şirin, ən dadlı çağlar?Niyə göz önümdə dayanır mənimQalanan təndirlər, yanan ocaqlar?
Bu necə ətirdi,İlkin duyğular,Köhnə binəsinə qayıdır yenə?Bu necə ətirdi, onda nə sirr var,Məni məndən alıb qaytarır mənə.
Bu necə ətirdi, bu necə ətir, -Məni göyüm-göyüm niyə göynədir?Bu nə göynərtidir? Deyə bilmirəm,Niyə göynəyirəm, niyə, bilmirəm?Niyə bu göynərti, niyə bu ağrı,Alır öz əlimdən ixtiyarımı?Bu sızı, hamıya əziz olduğumQayğısız günlərin intizarımı?
Tutmaq istəyirəm baxışlarınıMin mətləb gizlənir hər qayğısında.Ötən günlərimin naxışlarınıGörürəm xalamın kəlağayısında.
-Ay oğul, saçını nə tez ağartdın?Deyə, əllərini çəkir başıma.Deyirəm: - Tez niyə, əlliyə çatdım.Yox! İnana bilmir xalam yaşıma.
Anamın diliylə o, məni oxşar,Nəsihət eləyər hər görüşündə.Mənim özüm boyda uşaqlarım var,Xalam "uşaq" - deyir mənə bu gün də.Yox! Heç nə yayınmaz onun gözündən,Dərdimi üzümdən oxuyur mənim.Xalama güvənib sanıram ki, mən,Arxamda alınmaz qalam var mənim.
O necə qaladır? Uludan ulu.Hansı bir qüvvəti özündə gizlər?Qayğıyla, sevgiylə doludur, doluO titrək dodaqlar, o yaşlı gözlər.O necə qaladır? Zəif bir vücud!Üfürsən yıxılar,Gücsüz bir qarı.Qoluma güc gəlir, könlümə ümidÇiynimə qonanda zəif qolları.
O elə qala ki, baş əyməz yada,Könül çiçək açır hərarətindən.Dünya şər qüvvəyə dönüb axsa da,Onun qucağında amandayam mən.
Köksünə baş qoydum, dedi: - qadası!Sandım ki, çiynimdən yük endirmişəm.Xalamın sinəsi - sevgi qalasıMən bu istiliyi harda görmüşəm?
Xalam uşaqları, sizə sözüm varİndidən yanmayan sonra bərk yanar.Düzünü deyim ki, anam sağ ikən,Qədrini o qədər bilməmişəm mən.
Ayıltmaq istərəm indidən siziYaman nigaranam xalamdan yana,İndidən yandırın ürəyiniziQoymayın od tutub sonradan yana.
Siz də olarsınız ikiqat yetimYaxşı başa düşün, yaxşı, siz məni.Anasız qaldığım bəsimdir mənim,Amandır, qoymayın xalasız məni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-menim-xalam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz
ArzuQara gözlü, şirin sözlü,Al yanaqlı, gözəl qız.
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
Halım etmiş məni həyatdan bizarHalım etmiş məni həyatdan bizar,Sağlamkan, etmişdir sağalmaz bimar.