Çalma
Qoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Möhkəm çalıyorsan bu zəman yox buna hacət,Dutmuş səsin afaqi buraxmaz bəni rahət,Bən bulmada az-az gecələr guşeyə xəlvət,Sən də buradan başlamısan tazə qiyamət,Faş etmə əgər varsa da nöqsanım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
A kişi, sənə nə bən gəzirəm bulvarı zadı,Hər istədigimdən alıram kamı, muradı,Gənclər arasında bu iş olmuş belə adi,Zatən qoçuyam, anlamaram şəri, fəsadı,Puldan doludur çün ki, cibişdanım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Qəyyum yaratmışmı səni bizlərə, tarı,Hər işdə çalırsan o saət şeypuru, tarı,Bir “du-du” salırsan, baxıyor el bizə sarı,Xəlvətə desən, kişi, olar dərd genə yarı,Onda qaralır, çalxalanır qanım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-calma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Son zamanlar mətbuatda arası kəsilmədən təsadüf edilən bir mələsə də tərcüməçilər məsələsidir. Yeni bir kitab çıxan kimi onun tərcüməsi tənqid ediliyor.Kitabın anlaşılmaz bir dildə tərcümə edilməsindən, fikirlərin yanlış keçirilməsindən şikayət ediliyor. Bununla da məsələ bitib gediyor.
Kənd səhnələrinə kömək edilməlidirÖtədən bəri qəzet sütunlarında bu və ya başqa bir kənddə kənd həvəskarları, xüsusilə, kommunist gənclər özəkləri tərəfindən teatr tamaşaları verilməsi və bu oyunların böyük mədəni əhəmiyyəti olmaqla bərabər, bir çox texniki nöqsanlarının da olması göstərilməkdədir. Bu, əsaslı bir məsələdir.Bəlli olduğu üzrə, Bakı türk teatrlarında hər həftə həmkarlar ittifaqları üçün xüsusi oyunlar verilməklə işçilər teatrlara doldurulur.
Mirzə Fətəli AxundzadəHAQQINDA*Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb, yeni bir ədəbiyyat şəklinə ayaq basan və azəri teatr ədəbiyyatının ilk təməl daşını qoyan ədibdir.
Səmimi sənətkara alqış!“Bəzən elə adamlar olur ki, onların yaşayış tarixini yazmaq üçün bütün bir xalqın, bir ölkənin, və ya xalq həyatında müəyyən bir məntəqənin tarixini yazmaq lazım gəlir. Yaşadıqları mühit, cəmiyyət və məntəqənin irəliyə doğru yürüməsində addımbaşı onların adı görünə bilər. Onların şəxsi həyatından ümumi həyatı ayırmaq istədikdə isə, yerdə heç bir şey qalmayır. Belə adamlardan biri də Abbas Mirzə Şərifzadədir....Abbas Mirzə Şərifzadə bütün teatr həyatının bir mehvəridir. Özözlüyündə həm rejissor, həm aktyor, həm də təşkilatçıdır. O, səhnənin həm oğlu, həm də atasıdır.
Стихи других поэтов · Сатира
Bildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
MüxəmməsçilərMolla dayı, işbu müxəmməsçiler,Yazmadılar şövqə gəlib şeİrlər.
Mən varlıyam, sən yoxsulBeləsi də var*İnsana ta qədimdən zinət olub ömürlük –
Mənasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!Sərfinə, nəhvinə, imlasına, inşasına bax!