Arasında
Ta nə ömrün ləzzəti, nə ölümün xofu var,Ta nə səbrin taqəti, nə ürəyin tabı var,Çırpınırıq bu iki bəlanın arasında,Fərq qalmayıb gedənlə qalanın arasında…Gündüzlər çıraq götür hər yanı ara, axtar,Bir-birindən seçilmiş daha ölülər, sağlar…Biri elə ölüdür, biri belə ölüdür,Canı oldu-olmadı, ölü elə ölüdür.Birisi ön cəbhədə qeyrət uğrunda ölür,Biri arxa cəbhədə rüşvət uğrunda ölür…
Birisinin ölümü satqınlıqdan başlanır,Birinə laqeydliyin gülləri tuşlanır…Bu rayonlu ölüsü, o şəhərli ölüsü,Biri rütbə ölüsü, biri yerli ölüsü…Şuşa sarın əlində, Laçın sarın əlində,Qarabağ gəlinləri yağıların əlində,Bizim xanəndələrin toy-mağarda çoxusu,Sövq ilə «Qarabağın mahalı»nı oxuyur…Nə qadını əriyir, nə kişisi ar edir,Yasda oxusaydılar yenə də dərd yarıydı…Radiomuz oxuyur, mavi ekran oxuyur…Sanki yad toxum bitib soyumuz arasında,Fərq yoxdu yasımızla toyumuz arasında…Yaşamaq ümidimiz hər günü-gündən çətin,Dünən bu gündən betər, bu gün dünəndən çətin…Hər açan sabahımız daha miskin, pərişan,Dərdlərimiz elə bil bir-biriylə yarışır…Çarpışırıq inamla şübhənin arasında,Vuruşuruq bu iki cəbhənin arasında…Hər nə bəla gəlirsə, dözürük, tab edirik,Düşmən toxunmayanı özümüz məhv edirik…Çöl də düşməndi, Allah, içdə düşməndi, Allah,Sən dostu düşmənindən seç, ayır indi, Allah…Namərdlər hər gün artır, igidlər, ərlər itir,Bütün meyarlar itir, bütün dəyərlər itir…Qalmışıq qorxaqlıqla cəsarət arasında,Fərq yoxdu hürriyyətlə əsarət arasında…Xalqın altında biri çöllərin sakinidir,Bir də nə bayır, nə ev, ev də bayır kimidir…İtmişik vətən ilə qürbətin arasında,Fərq qalmayıb kütləyə millətin arasında…Fərq qalmayıb insanla sürünün arasında,Can çəkirik həyatla ölümün arasında…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ay qapımı döyən yolçu,Mən də sənin günündəyəm.
EhtiyacVətəni qürbətə çevirər,Sevgini nifrətə çevirər,
Get, özün ol özün üçün…Nəvəm oldu, görüşünə aparmağa gül olmadı,Gül var idi, gül bol idi, pul olmadı…
Bu dərdi dağlar götürərBu dərdi dağlar götürər, gedək dağlara,Bu ahı dağlar itirər, gedək dağlara…