Kiçik olmaq istəyirəm…
Kiçiklərlə böyüklərinArasındaPərdə olar…Kiçiklərdə günah olmazGünah böyüklərdəOlur…Kiçiklərin qəlbi böyük,BöyüklərinQəlbi kiçik...Kiçiklərin eyni cürdürÇölü, içi…Eyni cürdür beşikləri,Bəzəkləri…Gizlənpaçdır ən məkrliKələkləri…Maşınları, kuklalarıƏddərindəOyuncaqdır,Ürəkləri yazılmamışAğ varaqdır…
Uşaq kimi sadə, kövrək,Nəcib olmaqİstəyirəm…İllərimi geri atıbKiçik olmaqİstəyirəm…Böyüklərin içi bir cür,Çölü bir cür…Sözü bir cür, dili bir cür…Ürəkləri bir qaranlıqMeşə kimi…Bir-birinə bənzəməyirHeç birisi…Bir-birinə bənzəməyirNə ölüsü,Nə dirisi…Nə yaxşısı, nə yamanı…Oyuncaq tək oynadırlarBu dünyanı…Millətləri bələyirlərQana, şərə…Milyonları sövq edirlərÖlümlərə…Yollayırlar vuruşlaraFağırları,Kasıbları…Xırdaların çiynindədirYekələrinƏzabları…Böyüklərin hər şeyi var,Ürəyi yoxKiçiklərin qəlbdən özgəHeç nəyi yox…Böyük ayrı, kiçik ayrı,Böyüklər kiçiyi saymır…Böyük ayrı, kiçik ayrı,Çoxu kimi nə padşah, nə şeyx,Nə də hacıOlmaq istəyirəm…İllərimi geri atıbKiçik olmaqİstəyirəm…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-kicik-olmaq-isteyirem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu həyata göz açalı əzildim,Ağır-ağır qayğıların
Heyf sənə poeziya, heyf sənə…Heyf sənə, poeziya, heyf sənə,Necə bizim zəmanədə gözdən düşdün.
Söz satıram,alan yox…Çox deyirlər talan olub, uçulub,Sökür, yeyir kim nə qədər bacarır…
Məni başa düşmədilər bu zəmanədə…Mənə sözün, ixtiyarın verdi yaradan,Dedi:-sənə ilham, qələm qoy kömək olsun,
Стихи других поэтов
Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın