Məxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.Bənzəməz bu çiçəklər qaynar, qanlı laləyə,Lalələr ki oxşayar qan dolu piyaləyə.Bənzəməz bu çiçəklər günəşdən doymuş gülə,Onların ətirləri bəzən duyulmaz belə;Ruhumu sərməst edən çiçəklər də gördüm mən,Onların sər tacı da qıvırcıq tel yasəmən.Onlarda rəng də vardır, çoxu da tabaq-tabaq,Ancaq bu gün gördüyüm bu incə dallı zanbaq, -Bir süzülüb gedincə satar yaşıl sərvə naz,Gül sərrafı olmayan bundan bir şey anlamaz.Varsın, yanaqlarında çıxmasın qızğın günəş,Mənim küskün ruhuma, belə gözəllərdir əş;Yetişmiş əfsanəli kölgələrin qoynunda,Bu qızdan çəkinməli qorxulu eşq yolunda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе