Sev bu yalçın qayaları,Bunlar şahin yuvası...Sev bu ıssız ormanları,Bunlar ərlər obası!Olduğunu keçmiş günlər-,Geri dönməz, bilirsən!

Lakin şimdi günahımızPək böyükdür, əl vurma!Qadınlardan belə qorxaqKişilərdən iş sorma!

Əsrlərcə Qara dənizHayqıraraq, coşaraq;Bu ölkənin hər yeriniBu dağlardan aşaraq;Yığılsa da, cəhənnəmlikQara üzlər ağarmaz!..

Dünyada bütün ellərBir araya toplansa;Ölkəyi gedərəməz,Ey ulu haqq, bağışla!

Yox, müqəddəs göy üzünəSəslərimiz gedəməz!Namussuzluq çox alçaqdır,Bizi haqq da dinləməz!Qorxaq, alçaq bir millətəTanrı da yol göstərməz!

Ay qardaşlar, iş başına!Biz də bir iş görəlim!Yarın haqqın hüzurunaTutalqacla gedəlim!

Yoxsa bizim bənliyimiz,Varlığımız bitəcək!Tarix bizi lənət edib,Namus bizi itəcək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви