Şerimə
Ey çürük ruhumda doğan nəşidə,Bən səni çox sevdim doğduğun gündə.Səmimi bir cocuq gülüşləriylə,Çırpınıb açdığın o dadlı dilə;Heyran oldum, dönə-dönə dinlədim,Uyudun, üstündə ninni söylədim.Doğarkən təbimdə, duydum dilindən,Əlimdən çıxarkən öpdüm əlindən.Bilmədən başına nələr gələcək?Sən bir çiçək oldun, bən bir kələbək!
Yeltənmə bu gün kəndini sevdirməyə yersiz,Əlləşmə bənim açmağa qəlbimdə bir iz!Get, qalma yolundan “sonu yoxluq” Vətənindir!Al, get! Sana göz yaşları, bunlar da sənindir!Gəldin də sevindim, gedər olsan yenə öylə,Artıq o yavan sözləri şeytanlara söylə!Şerin canı, şairdə olan canlı hərarət,Yox səndə o, çünki bana heç olmadı qismət!Təbimlə bərabər yürü “heçlik”, yürü “yoxluq” !Get, get bana təsir edəməz yapma cocuqluq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavad-serime
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qəm, kədər çəkənə gün nə gərəkdir?Həqiqət sevənə xəyal nə lazım?
Sən güldükcə mən ağlaram, mən ağlaramSən güldükcə mən ağlaram, mən ağlaram!Sən susduqca mən çağlaram, mən çağlaram!
Dünyaya yas tutdum ürəyimdə mənDünyaya yas tutdum ürəyimdə mən,Axan göz yaşımı silən olmadı!
Bükdü belimi fırqətin, ey mahi cəhantabBükdü belimi fırqətin, ey mahi cəhantab,Sən alıyor zinəti bil külli səmavat.