Sənə söyləyim
Gəl sənə söyləyim Şikəstə qardaş,Borcumuzdur zəmanəyə söz demək.Nə satan utanır, nə alan qanır,Hər kəs istər öz mətahin bezdəmək.
Bu nədir şubalar indi kürk olub,Buxara papaqlar keçə börk olub.Hərəsi üç löyün, iki tərk olubDaha yoxdur yaxşı yaman, gözləmək.
İyirmiyə allıq qılın putunu,Bir daha görmürük erkək ətini.Çox cəfadır hər kəs çəksə tütünü,Əlac budur: maxorkanı duzlamaq.
Aləmdə hamımız bərabər olluq,Hərcayı sözlərdə dilavər olluq.Sahibkar danlasa günahkar olluqNə lazımdır qananları bizləmək.
Çoban Əfqan olub uşağa yoldaş,Qismət olmur niyə bizlərə bozbaş.Bahalanıb düyü, heç tapılmır maşHeç olarmı belə dərdi gizləmək.1918-ci il
Kitabxana.az · https://kitabxana.az/ru/works/coban-efqan-sene-soyleyim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Paravozlar vaqonları yeritmir!Daş kömür qurtarıb, onu da yetmir.
YandırırBağlayıram gözəllərə dastanı,Yar atəşi şirin canı yandırır.
Yaradan səniHalal olsun bu qamətə, bu boya,Nə gözəl yaradıb yaradan səni.
YazƏziz dostum, nə düşübsən üstümə,Bizim əyri-donqar bəylərdən də yaz.