Nə bilsin
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,Oruc tutub itaəti qılmayə,Haqq-Allahı, haqqin-nası nə bilsin
Ədəb ərkani-mərifətdən bilməyən,El içində adlı-sanlı olmayan,Toy günündə şad olubən gülməyən,Vay günündə tutan yası nə bilsin
Doğru yolda sol-u sağı bilməyən,Kətan ilə bezi, ağı bilməyən,Rəqibi üzünə yağı bilməyən,Mahud ilə al atlası nə bilsin
Rəcəb deyər: eşqin camın içməyən,İçibəni əql-ü başdan keçməyən,Təcnis ilən qafiyəni seçməyən,Təxmis ilən müxəmməsi nə bilsin
Kitabxana.az · https://kitabxana.az/ru/works/dagistanli-receb-ne-bilsin