O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çəkib əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,Kəsilmiş səbrü tabım vəsləti-Leyladan ayrıldım.
Məna şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,Yoxumdur meyli-gülşən qaməti-tubadan ayrıldım.
Nolur şamü səhər ney tək sızıldar sineyi-zarim,Mərizi-bəstəri-hicrəm dəmi-İsadan ayrıldım.
Макта — последний бейт с тахаллусом поэта. Fərağın şiddətindən lal olur bu Tutiyi-təbim,Məzacım təlxdir kim ləli-şəkərxadan ayrıldım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ebulfet-xan-tuti-o-gun-kim-hesret-ile-ol-buti-zibadan-ayrildim