Alla
Bazara töküldü piyala,Kasıblar düşdü xiyala,Heç buğda tökmədik çuvala,Zəmanəni döndər Alla,Hacıxanı göndər Alla.
Darını yapa bilmirux,Buğdanı tapa bilmirux,Acından yata bilmirux,
Zəmanəni döndər Alla,Hacıxanı göndər Alla.
Ac xamıra döndü daşa,Süfrələr bağlandı başa,Rəhm etmir qardaş qardaşa,Zəmanəni döndər Alla,Hacıxanı göndər Alla.
Saldat gəldi yavuğa,Şapqası döndü qovuğa,Qızın biri bir tavuğ,Zəmanəni döndər Alla,Hacıxanı göndər Alla.
Saldat düşdü xəndəkə,Kümbə döndü dümbəkə,Qızın biri bir sənkəkə,Zəmanəni döndər Alla,Hacıxanı göndər Alla.
Kitabxana.az · https://kitabxana.az/ru/works/el-sairleri-adsiz-alla
Клавиши ← → для перехода, R — случайное стихотворение