Bax-bax
Şəriət oxuyan, təriqət bilən,Haqlıq eyləyirsən, haqq dinə bax-bax!Qalmayıb dünyada “mənəm” deyənlər,Həzrət Süleymanın taxtına bax-bax!
Oxuduğun Quran hardadı, hanı?!Hansı yola dəvət edir insanı?!Salıbsan zindana gözəl bir canı,İqbalına bax, bax, baxtına bax, bax!
Ələsgərin könlü geyib qaralar,Şəfa bulmur qəlbindəki yaralar.Qoca səfa sürər, gözəl saralar,Tarixinə bax, bax, vaxtına bax, bax!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-bax-bax
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
— Lətif:Bulaq üstə duran gözəl,
Pişvaqiədən: Feyzi-əşkin talibi çeşmin bükadan saxlamazFeyzi-əşkin talibi çeşmin bükadan saxlamaz,Lülüi-saf istəyən bəhrin sədəfdən saxlamaz
GəlmisizToy-düyündən gələn qızlar, gəlinlər,Toyunuzdan əcəb hallı gəlmisiz.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi