Durum dolanım başına,Qaşı, gözü qara Ceyran!Saldın eşqin ataşına,Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan,Mən yanana sən də qansan.Özün bir tülək tərlansan,Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam,Eşqin girdabında qallam.Küsdürmüşəm, könlün allamYalvara-yalvara, Ceyran!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов