Əssəlatü həşt ərkan,Əhli-dil, hal cənginə.Əhli-dil, hal gəldi ərlər,Seyr elər ahənginə.Əhli-dil, hal tirü tiğüXədənginə, cənginə;Cənginə, xədənginə,Ahənginə, hər rənginə.

Əssəlatü şindi, aşıq,Endirərsən yelkəni;Şindi, aşıq, əldə sazınƏl çalar gəstirgəni.Ah edərsən, gəl deyər,Getsən sana yazıq səni;Yelkəni, gəstirgəni,Get, səlsəli çal sənginə.

Əldən getdi ixtiyarın,Ah edərsən, gəl deyər;Həsrət çəkər ehtidarın,Cəhd eylər, istər əsər.Ah edərsən, gəl deyər,Şindi səni tənzil edər;Səd həzarın çətin yetərƏləsgərin dənginə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов