Naqafil çıxdın qarşıma, Gözəllər sultanı, Həcər!Gəzmişəm, görməmişəm sən kimi insanı, Həcər!Dişlərin dürr dənəsi, ağzın gövhər kanı, Həcər!Ay qabaq şölə verir cahan çırağbanı, Həcər!

Başında herat kəlağay, hər paltarı darayıdı;Bəşərə bənzətmək olmaz, göydə mələklər tayıdı.Turunclar baş göstərib, qoynu Behişt sarayıdı;Aşıq görüb bu dünyada Cənnəti-Rizvanı, Həcər!

Ağ ipəkdən dizliyi var, köynəyini geyib sarı;Gərdənə həmayıl salıb, ətəyə düzüb mirvarı.Yaradandan istəmişəm, var əlində ixtiyarı;Sara qismət eyləməsin sən kimi tərlanı, Həcər!

Gözəllərin gözüsən, sədan düşüb hər mahala;Qaşların cəllad olub, qəsd eləyir canlar ala.Mən sana "bacı" dedim, xalq düşməsin kəc xəyala;Ələsgərdən incik olma, gözlərin qurbanı, Həcər!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов