Güləbətin qıyı tər sinən üstə,Nə gözəl yaraşır, qız, köynəyinə.Sinən Kəbə, köynək Kəbə örtüyü,İzin versən, sürtəm üz köynəyinə.

Gözəl yaranıbsan qalu bəladan,Yanağın göyçəkdi güldən, laladan.Zərgər gül doğrasın zərin tiladan,Əlindən gəldikcə düz köynəyinə.

Ələsgər də dost yolunda sürünür,Sinən üstə dərdə dərman görünür.O köynəyə nar məmələr bürünür,Onçu qurban olluq biz köynəyinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов