Gözəl, sana məlum olsun,Həsrətindən yanıram mən.Ala gözlər süzüləndə,Canımdan usanıram mən.

Hansı dağın maralısan?Hayıf, bizdən aralısan!Sən də yardan yaralısan,Dürüşündan qanıram mən.

Mənim adım Ələsgərdi,Dərdim dillərdə dəftərdi.Xalların dürrü gövhərdi,Sərrafıyam, tanıram mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов