Altıncı festivala
Altıncı festivalamən də gedirdim o vaxt...Uçmuşdu MoskvayaÜrəyim məndən qabaq.Nəhayət, ona çatdım...Aşıb-daşırdı şəhər.Məhəbbət kimi safdı,mehribandı al səhər...Dolmuşdu nəğməylə göy -dərya suyla dolan tək.Göydə nəğmə, göyərçin -göydə neçə min ürək...Söz axırdı könlümünbütün üfüqlərindən,Sevinc dalğası idimsevinc dəryasında mən.Hər küçədə bir ölkə...Hər yerə, hər ölkəyəAvtobuslar işləyir.
Hər ölkə nəğmə deyir...Xalqlar necə yaxındırsanki bir ürəkdədi.Qranitdi - səslərinGülüşlərin, sözlərin,Nəğmələrin vəhdəti.Hazırcavab fransız,büllur nəğməli hindli,Doğma dilləri kimianlayırdı bir dili:O dil - təbəssüm, ya daBaşımız üstə uçanGöyərçinlər diliydi.Moskva - ölkələrinMəhəbbət mənziliydi,Orda Azərbaycanıncavanları da vardı,Qürur bayrağımızıön sırada apardı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-altinci-festivala
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Əlifba(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
SənsizSənsiz üşüyürəm türyan istidə,Sənsiz söhbətlərdə yersiz sözəm mən.