Ana nağılları
Gözümdən yuxumu qovaraq hər günNağıl danışardı anam mənimçün.Şaxta qovuranda, şaxta kəsəndə,Çovğun püskürəndə, yellər əsəndə,Dərələr, təpələr batanda qara,Evimiz dönəndə soyuq məzara,Anam söyləyərdi:– Dağlar dalındaGünəş qonaq qalıb yay mahalında.Bir gün də bizlərə o gələcəkdir,Sırsıra əriyib töküləcəkdir.Mənim qaladığım təndir sayağıGünəş isidəcək daşı-torpağı...
Ana sözlərində nə qüvvə vardı –Onun nağılından canım qızardı.
Hər şeyə inanır uşaq ağılı,Anamın ən şirin, gözəl nağılıBolluqdan olardı,Xoş güzərandan...Hər şey başdan aşan uzaq məkandan.Anam sadalardı dövləti, varı –Bizim evimizdə olmayanları:Tutub yer üzünü meyvə bağları,Ətri bihuş edən qovun tağları,Qapılar qoyunlu, sağmal inəkli,Dəstərxan çörəkli, süfrə çörəkli.Axırda deyərdi:Bir gün bizim də...Ümid alışardı ana üzündə,Ana sözlərində nə qüvvə vardı –Onun nağılından qarnım doyardı.
İndi böyümüşəm.Dəyişib aləm,İstili-soyuqlu günlər görürəm.
Şaxtaya, çovğuna düşürəm bəzən,Bəzən ehtiyacda ömr edirəm mən.Nağıl danışanlar olur arabir, –Nağılda qış gedir, ilk bahar gəlir,Nağılda dəyişir güzəran, həyat –Bunlar ürəyimi qızdırmır heyhat!Heyhat... Qarnımı da doydurmur bunlar!Görünür hər yaşın öz aləmi var.Ya mənim qəlbimdə dəyişib inam –Hər şirin nağıla inanmayıram,Ya da ki, cənnətdən desə də bir kəsAna nağılının yerini verməz!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/eliaga-kurcayli-ana-nagillari-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bilirsən həyat nədir?Həyat – məhək daşıdır!
Xərclədim gəncliyi qara pul kimiXərclədim gəncliyi qara pul kimiYerini bilmədən, əsirgəmədən.
Məhəbbət, qəribə oyunların varMəhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.
Tarizən, çaldıqca qurtarmır yenəTarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!
Стихи других поэтов
Oxumaqla bülbül olmaz sərçələr,Budaq kölgəsində daldalansa da.
Gecə keçmiş yarıdanGecə keçmiş yarıdan gözüm yolda... yollarda,Bu qaranlıq gecədə nə gedən var, nə gələn.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,