Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu
Məhmədciyim!
Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.
Komissiya haqqında göndərdiyin teleqramı aldıq, çox sevindik. Allah daima səni şad etsin. Teleqramı bütün düşərgələrə bildirdim. Komissiya hələ gəlməmiş. Eşitdiyimə görə komissiya Yunanıstandadır, bir həftəyə qədər buraya gələcək.
Məhməd! Hərəkatımız haqqında xalqımıza raport yazmışam. Bu raportu hörmətli Mirzə bəydən al, türkcəyə tərcümə et, surətlərini vətəndaşlarımıza ver. Oxusunlar, həqiqəti bilsinlər və dedi-qoduçuların ağızlarını yumsunlar. Hər türkçü dostumuza bir surətini versən, heç də fəna olmaz. Bütün türkçü dostlarımıza mənim təşəkkürlərimi və məhəbbətimi bildir. Onların adreslərini mənə yaz. Şəxsən onlara məktub yazmaq fikrindəyəm. Sistematik olaraq "Şərq yolu", "Ergenekon" və "Kür Şad" qəzetlərini almaqdayıq.
"Son saat" çox xoşuma gəlir, maraqlı axşam qəzetidir. "Tasvir"in intişarını səbirsizliklə gözləyirik. Mənim əziz Ziyad bəyim yazmışdı ki, iyulun 15-də gələcək. Əgər gələrsə, qoymayacağam özünü üzsün. Yazdığım kiçicik kitabçanı Amerika xalqına həsr etmişəm. Orada olan Amerika korrespondentləri ilə bu haqda danış və mümkünsə Amerikaya göndər.
Mənə türklər üçün ingilis dili kitabı və ingilis-türk sözlüyü lazım. Mümkün etsən göndər.
Fuaddan xəbərim yox, haradadır və nə iş görür?
Öpürəm səni. Salam vətəndaşlarımıza.
Sənin Abo.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fetelibeyli-ebdurrehman-bey-fetelibeylinin-mehemmed-emircana-mektubu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Cənab general!Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum.
Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubuCənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.
Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubuHörmətli və əziz Əbdüləli bəy!Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.
Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubuƏzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.