Qəzəbindən ağarıb,Qara dənizim, rəngin.Dalğaların,qəzəbli pəncəsi kimi pələngin,sahili cırmaqlayır.Elə bil sahil qaçmaq istəyir,dalğalar tutur, saxlayır.Sahildə yaralı göyərçinə dönürsən.Lal adam xəbər gətirən kimiçırpınıb, döyünürsən.Baxışlarımla tumarlayıram səni,ay sirlərin bağlı sandığı,Qara dənizim!Balıqların duzlu vətəni,Gəmilərin mavi qəbiristanlığı,Qara dənizim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов