Bu axşam Xəzərə qonaqdır səmaBu axşam sözü də verək rəssama.Qoy o da gələndə lap asta gəlsin,Qoy səma sularda bir az dincəlsin.

Xəzər dalğalandı, su yırğalandı,Dedim ki, ulduzlar ürküşər indi.Sahil işıqları Xəzərdə yandı,Dedim dalğalara od düşər indi.

Külək dalğaları gətirdi dilə,Külək mizrab çalır, sularda tel-tel.Qaçan dalğaların köpükləriləFikrim də, ruhum da qaçdı elə bil.

Xəyalım çırpındı boz dalğalardaSuya qanad çalan qağayılar tək.Qoşa uçuşdular, kim bilir, harda,Qağayı da ürkək, xəyal da ürkək.

Çırpındı dalğalar, açıldı dən-dənÇiləndi şirmayı incilər, tellər.İstədim Xəzərə atılım birdən,Qorxdum ki, görənlər “dəli” deyərlər.

Bərq vuran rəngləri dəyişir hər an,Bilmirsən daş-qaşdır, ya adi sumu?İstədim dənizdə alışıb yananAydan alışdırım papirosumu.

Bəzən deyirəm ki, suyu da baldır,Axı, o, canımdan mənə əzizdir.Mən nə danışıram, bu nə xəyaldır,Xəzər suyu duzlu, adi dənizdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов